Agrolab

Bizimlə əlaqə

close
1
Torpağın aqrokimyəvi analizi

Torpaqda bitki tərəfindən mənimsənilə bilən qida elementlərinin təyini, element ehtiyaclarının hesablanması və atılacaq addımların konsultasiyası.

2
Torpağın duzlanma səviyyəsinin təyini

Torpağın duzlanma səviyyəsinin nəticələrinin hazırlanması, meliorasiyasi üçün atılacaq addımların konsultasiyası, torpağın su keçiriciliyinin yüksəldilməsi üçün ehtiyac olarsa gipslənmə normasının hesablanması.

3
Torpağın qranulometrik analizi

Mexaniki tərkibinə görə torpağın növünün təyini (torpağın sıxlığı, filtrasiya əmsalı, mənimsənilə bilən nəmlik).

4
Torpağın qranulometrik tərkibinə görə nəm ehtiyatının müəyyən edilməsi

Bitkinin mənimsəyə biləcəyi ehtiyat nəmliyin qiymətləndirilməsi və hesablanması. 

5
Bitki nümunələrinin kompleks analizi

Göbələk və bakterial xəstəliklərin diaqnostikası. Nematodların, gənələrin və zərərverici  həşəratların törətdikləri fəsadın  müəyyənləşməsi. Bitkinin xəstəliyə yoluxma dərəcəsinin təyin edilməsi və xəstəliyin gedişinin proqnozu. Bitkinin qorunmasına yönələn tədbirlər planı (müalicə  və profilaktika)

6
Torpağın fitoekspertizası (torpağın fitopatogen göbələklər, bakteriyalar və fitoparazit nematodlarla yoluxması)

Torpaqda bitki üçün zərərli olan nematodların, bakteriya və göbələklərin təyini və identifikasiyası

7
Toxumların və əkin materialının fitoekspertizası

Toxumların bakteriyalar və göbələklərlə yoluxmasının təyini, identifikasıyası. Eyni zamanda toxumun cücərmə qabiliyyətinin öyrənilməsi.

8
Buğda və arpa dənlərində tozlu sürmə göbələyinin təyini

Dən rüşeyminin göbələk mitselisi ilə yoluxmasının təyini

9
Suvarma suyunun analizi

Əkilməsi nəzərdə tutulan bitkiyə görə suvarma suyunun toksikiliyə görə keyfiyyətinin  qiymətləndirilməsi 

10
Toxuma (“yarpaq”) diaqnostikası

Bitkinin elementlərlə təmin olunma səviyyəsinin qiymətləndirilməsi. Analizin nəticəsinə əsasən veriləcək gübrələrin növü və verilmə qaydası (yarpaqla və ya köklə) qrafik şəklində təqdim olunur

11
Çoxillik əkinlər üçün torpağın aqrokimyəvi analizi (üzümlüklər, bağlar, giləmeyvələr)

Torpağın qidalanma elementlərinin təyini, nəticələrin hazırlanması, təyin olunmuş məhsul üçün mineral gübrələnmənin hesablanması, torpağın meliorasiyası üçün atılacaq addımların konsultasiyası

12
Torpaqda mikroelementlərin analizi

Mikroelementlərin bitki tərəfindən mənimsənilə biləcək şəkildə olan miqdarinin təyini (Mn, Cu, B).

13
Torpaqda fitoparazit nematodların təyini

Torpaqda mövcud olan sista əmələgətirən, qal, gövdə və kök nematodlarının təyini.

14
Çoxillik bitkilər üçün nəzərdə tutulmuş torpağın geniş xüsusi analizi

(Ərazidə coxillik bitkilərin əkilmə uyğunluğunu təyin etmək üçün: tam agrokimyəvi, fitopatoloji, helmintoloji, qaranulometrik analizlərin aparılması)

15
Sahələrdə (tarla və ya bağlarda) monitorinqlərin aparılması

Meyvə bağları, tarla bitkiləri və istixanalarda ziyanverici təsirlərin tam analizi üçün mütəxəssis heyətinin tələb olunan sahəyə baxış keçirib rəy yazması.

16
Entomoloji tədqiqat

Ziyanverici həşəratların bütün inkişaf mərhələlərində (yumurta, sürfə, pup, yetkin fərd) aşkarlanaraq  identifikasiyası, həşəratların ziyanvericilik həddində olub olmamasının  müəyyənləşdirilməsi.

17
Torpağın mikrobioloji tədqiqatı

Torpaqdakı aktiv mikro mühitin hesablanması

18
Torpağın bioloji tədqiqat metodu ilə post herbisid təsirinin təyini

Torpaqda qalıq pestisidlərin bitkinin böyüməsinə və inkişafına təsirini müəyyən etmək

Agrolab © 2020 Bütün hüquqlar qorunur.

DreamArt Creative Agency