Agrolab

Bizimlə əlaqə

close

Biz necə işləyirik?

Məhsul biçinindən dərhal sonra mütəxəssislərimiz laboratoriya monitorinq planına əsasən sahələrdə monitorinqlərə başlayır. Növbəti il əkiləcək bitkilərin planlanması üçün hazırlıq və qulluq mərhələsinə aid olan aşağıdakı analizlər edilir və tövsiyələr verilir :

icon1

Torpaq hazırlığı

  • Torpağın geniş aqrokimyəvi analizi (Topaqda olan və bitki tərəfindən mənimsənilə bilən qida elementlərinin təyini, torpaqda duzluluq təyini, pH təyini və tələb olunan gübrə normasının verilməsi )
  •  “Torpağın fito ekspertizası” (Torpağın fitopatogen göbələklər və bakteriyalar, fitoparazit nematodlara yoluxma dərəcəsinin təyini)
  •  “Post herbisit”  (keçən il ərzində verilmiş pestisidlərin torpaqda qalıq miqdarının təyini) 
icon2

Səpin öncəsi analizlər

  • Torpağın entomoloji analizi (Torpaq altında qışlayan həşəratların əkiləcək bitkiyə görə zərər vermə həddinin təyini)
  •  Əkiləcək toxumun analizi (Toxumların cücərmə qabiliyyətinin analizi, buğda və arpa dənlərində tozlu sürmə göbələyinin, dən rüşeyminin göbələk mitselisi ilə yoluxmasının təyini
icon3

Bitkinin cücərmə mərhələsi

  • Bitkinin kompleks analizi (Göbələk və bakterial xəstəliklərin diaqnostikası, törədici növünün identifikasiyası. Nematodların, gənələrin və zərərverici  həşəratların törətdikləri fəsadın  müəyyənləşməsi. Bitkinin  fizioloji zədələnməsi və torpaqdakı toksiki duzların, turşuluğun və elektrik  keçiriciliyinin  təyini )
icon4

Bitkinin vegetasiya mərhələsi

  • Bitkidə entomoloji analiz (Bitki üzərində gözlə görünməyən həşərat və yumurtaların təyini)

  • Toxuma yarpaq diaqnostikası (Bitkidə qida elementlərinin təyini və bitkinin elementlərlə təmin olunma səviyyəsinin qiymətləndirilməsi). Mütəxəssislərimiz ilə birgə bu monitorinqləri aparmaq və lazımi analizləri etməklə sahələrinizdə, bağlarınızda sağlam bitki yetişdirə və yüksək məhsuldarlıq əldə edə bilərsiniz.

Agrolab © 2020 Bütün hüquqlar qorunur.

DreamArt Creative Agency